Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dən Yaxın Şərqə yeni silah satışı.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Misir, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumi dəyəri 2,27 milyard dollar olan mümkün silah satışını təsdiqləyib.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, satış paketinin ən böyük hissəsini təxminən 1 milyard 41 milyon dollar dəyərində “APKWS-II” idarəetmə bölmələrinin və bəzi ehtiyat hissələrinin BƏƏ-yə mümkün satışı təşkil edir.
Departament həmçinin Misirə təxmini dəyəri 832 milyon dollar olan 2 min 20 ədədə qədər “FGM-148F Javelin” raketinin və 200 ədədə qədər “Javelin” yüngül komanda buraxılış qurğusunun mümkün satışını təsdiqləyib.
Küveytə isə təxminən 400 milyon dollar dəyərində “Patriot” raketlərinə aid bəzi hissələrin tədarükü və təmir xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Bizi sosial şəbəkələrdən izləyin!!
