Mask süni intellektlə "Odisseya" filmini çəkəcəyini açıqlayıb | Banco.az

Mask süni intellektlə "Odisseya" filmini çəkəcəyini açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

İlon Mask rejissor Kristofer Nolanın böyük maraq doğuran "Odisseya" filmi ilə bağlı diqqətçəkən açıqlama verib.

O bildirib ki, süni intellekt platforması "Grok Imagine" Homerin məşhur dastanının tarixi baxımdan dəqiq və mətnə sadiq bədii film versiyasını hazırlayacaq.

Banco.az xəbər verir ki, Maskın sözlərinə görə, süni intellekt tərəfindən yaradılacaq "Odisseya" filminin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

O, sosial media hesabında paylaşdığı açıqlamada bildirib: "Bu ilin sonuna qədər "Grok Imagine" Homerin əsərinə tarixi baxımdan dəqiq və sadiq olan "Odisseya'" bədii filmini istehsal edəcək."

Mask paylaşımına "X" platformasında bir istifadəçi tərəfindən süni intellekt vasitəsilə hazırlanmış, təxminən üç dəqiqəlik "Odisseya" qısametrajlı filmini də əlavə edib.

Qeyd edək ki, Maskın açıqlaması Kristofer Nolanın "Odisseya" filminin kassada böyük uğur qazanmasının ardından səsləndirilib.