6 oktyabr 2026-cı il saat 11.00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banco.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələ daxil edilmişdir:
1.“ Kapital Bank” ASC tərəfindən 2025-ci ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.
Xatırladaq ki, “Kapital Bank” ASC-nin səhmlərinin 81.08%-i “Paşa Holdinq” MMC-yə, 7,52 %-i “Paşa Sığorta” ASC-yə, qalan 11,40%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalının miqdarı 265 849 999.85 AZN-dir.
