Kamala Harrisin duel qalibiyyəti ilə bitkoin ucuzlaşıb | Banco.az

Kamala Harrisin duel qalibiyyəti ilə bitkoin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kamala Harrisin duel qalibiyyətindən sonra bitkoinin qiyməti ucuzlaşıb.

Banco.az xəbər verir ki, investorların Demokratlar Partiyasından namizəd Kamala Harris və kripto sənayesini dəstəkləyən Respublikaçı rəqibi Donald Tramp arasında ABŞ prezidentliyinə debata reaksiyası nəticəsində bitkoin ucuzlaşıb.

Rəqəmsal valyuta Harris və Tramp arasındakı duel səbəbiylə çərşənbə günü 2,6 faiz ucuzlaşaraq 56,547 dollara enib.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçiriləcək 60-cı prezident seçkilərində mübarizə aparacaq Demokrat namizəd Kamala Harris və Respublikaçı namizəd Donald Tramp canlı yayımda ilk dəfə üz-üzə gəlib. Harrisin performansı debatda Trampı üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

CNN-in sorğusuna əsasən, tamaşaçıların 63 faizi Harrisin debatda qalib gələcəyini düşünür. Mərc platformaları da Harrisin seçkidə qalib gəlmə ehtimalının artdığına diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et