İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq | Banco.az

İsrail ABŞ-dən 8,7 milyard dollarlıq yardım paketi alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

İsrail ABŞ-dən davam edən hərbi səyləri dəstəkləmək məqsədi ilə 8,7 milyard dollarlıq yardım paketi alacaq.

Banco.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin ABŞ-dən yardım paketi almağa dair Vaşinqtonda keçirdiyi danışıqlar başa çatıb.

Qeyd olunub ki, yardım paketinə əsas hərbi tədarüklər üçün 3,5 milyard dollar, Dəmir Günbəz və “David's Sling” də daxil olmaqla hava hücumundan müdafiə sistemləri üçün 5,2 milyard dollar, eləcə də təkmil lazer sistemi daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et