Hörmüz boğazında ərzaq böhranı xəbərdarlığı: Taxıl qiymətləri 80 faiz arta bilər | Banco.az

Hörmüz boğazında ərzaq böhranı xəbərdarlığı: Taxıl qiymətləri 80 faiz arta bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Hörmüz boğazında yük daşımalarında yaranan fasilələr qlobal ərzaq təhlükəsizliyi ilə bağlı riskləri artırır.

Banco.az xəbər verir ki, Beynəlxalq Ticarət Palatası (ICC) xəbərdarlıq edib ki, vəziyyətin uzanması gübrə və taxıl qiymətlərinin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb ola bilər.

Bildirilir ki, gübrə tədarükünün azalması kənd təsərrüfatında istehsal xərclərini artıra, nəticədə ərzaq qiymətlərinə əlavə təzyiq yarada bilər.

Xəbərdarlıq edilib ki, Hörmüz boğazındakı böhran davam edərsə, taxıl qiymətləri 80%-ə qədər arta bilər.

Xüsusilə gübrə ehtiyacının böyük hissəsini idxal hesabına ödəyən ölkələr tədarükdəki fasilələrə daha həssasdır. 

Qlobal kənd təsərrüfatı və ərzaq təchizatına təsir göstərə biləcək digər risklərə də diqqət çəkilib. Rusiya-Ukrayna müharibəsinin Qara dəniz üzərindən daşımalar üçün yaratdığı çətinliklər və El-Nino hadisəsinin səbəb olduğu əlverişsiz hava şəraiti kənd təsərrüfatı istehsalı üçün əlavə risklər yaradır.