Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata çatıb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə 399 milyon 299 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 13% və ya 45 milyon 914 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 83 milyon 703 min manat və ya 41,6% artaraq 284 milyon 708 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 353,4 milyon manata, ödənişlər isə 201 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram