Müəllif: Tamara Mustafayeva, Banco.az
Adətən müdrik kəlamlar, tanınmış və uğurlu insanların həyata dair tövsiyələri bir çoxumuz üçün motivasiya xarakteri daşıyır. Xüsusən elmin, fəlsəfənin başlanğıcını qoymuş qədim yunan filosoflarının sözləri əsrlər belə keçsə aktuallığını itirmir.
Banco.az həyata və hadisələrə baxış bucağınızı dəyişməyinizə səbəb ola biləcək bəzi müdrik kəlamları təqdim edir:
“Başqaları sənin doğrularını yalnış hesab etsə belə, onlardan üz döndərmə." – Epikür
“Hər kəs əsəbləşə bilər, bu, çox asandır. Mühüm olan isə doğru insana doğru zamanda düzgün formada əsəbləşə bilməkdir. Bu, bəsit səslənsə də, hər kəsin bacaracağı davranış deyildir." – Aristotel
“Bildiyin halda susmaq ən az bilmədiyin halda danışmaq qədər yanlışdır." – Platon
“Yeganə bildiyim şey, əslində, heç nə bilmədiyimdir." – Sokrat
“Keyfiyyət əməl deyil, vərdişdir." – Aristotel
“Əgər dinləməyi öyrənsən, xoş danışmayanlardan belə faydalana bilərsən." – Plutarx
“Zənginliyə sadəcə uğur qazanmaq üçün meyl edin" – Fales
“Dəyişməyən yeganə şey dəyişikliyin özüdür." – Efesli Heraklit
Bizi sosial şəbəkələrdən izləyin!!