Dünya bazarında neft ucuzlaşdı | Banco.az

Dünya bazarında neft ucuzlaşdı

Dünya bazarında neftin qiymətləri aprel ayından bu yana keçən həftənin maksimum artımından sonra bazar ertəsi ucuzlaşıb.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 82,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,27 dollar (0,33%) azdır. Cümə günü bu müqavilələr 0,13 dollar (0,2%) ucuzlaşaraq 82,62 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin qiyməti 0,27 dollar (0,34%) ucuzlaşaraq 78,18 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,17 dollar (0,2%) azalaraq bir barel üçün 78,45 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et