"Dollara olan tələbat artacaq" - Ekspert | Banco.az

"Dollara olan tələbat artacaq" - Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Qlobal iqtisadi böhran başlayarsa, dollara tələbat kəskin şəkildə arta bilər.

Banco.az xəbər verir ki, bu fikirləri rusiyalı iqtisadçı Mixail Xazin deyib.

Ekspert hesab edir ki, bütün dünyada  investorlar çalışırlar ki,  ən etibarlı və sabit aktivi almaqla öz əmanətlərini qoruyub saxlasınlar.

“Bu gün dollar hələ də vahid dəyər ölçüsü və universal hesablama vasitəsi kimi xidmət edir. Dollar dünyanın istənilən yerində qəbul edilir və insanlar onun üçün faktiki olaraq istənilən mal və xidmətləri mübadilə etməyə hazırdırlar. Ona görə də böhranın birinci mərhələsində, yəni lap başlanğıcda dolların məzənnəsi fırtınalı olacaq”.
Ekspert qeyd edib ki, qlobal böhran inkişaf etdikcə dolların dəyəri tədricən aşağı düşəcək:

“Artıq dünyanın hər yerindən investorlar öz pullarını saxlamaq və artırmaq üçün aktiv olan maliyyə alətləri axtarmağa başlayıblar. Düşünürəm ki, ABŞ-də hələ bu ilin əvvəlində uzun sürən yeni iqtisadi böhran başlaya bilər. Onun başlamasının əsas səbəbi Amerika hökumətinin dövlət borcuna xidmət qabiliyyətini itirməsi ola bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et