Danimarka Ukraynaya 16 milyon avro ayıracaq | Banco.az

Danimarka Ukraynaya 16 milyon avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Danimarka hökuməti Rusiyanın hücumları nəticəsində Ukraynanın zədələnmiş enerji sisteminə dəstək üçün 130 milyon Danimarka kronu (16 milyon avrodan çox) ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard bildirib.

Qeyd olunur ki, Danimarkanın Ukrayna energetika sisteminə dəstək üçün yeni töhfəsi bu dövlətin ən böyük töhfələrindən biridir. Bu, Ukraynanın enerji təhlükəsizliyi üzrə G7 işçi qrupu çərçivəsində keçirilən görüşdə açıqlanıb.

Məlumata görə, yardım Danimarka Xarici İşlər Nazirliyinin proqramı çərçivəsində maliyyələşdirilir və digər məsələlərlə yanaşı, təcili tədbirlərin həyata keçirilməsinə, təchizat təhlükəsizliyinin bərpasına dəstək üçün avadanlıq və ehtiyat hissələrin alınmasına töhfə verəcək.

Xatırladaq ki, Ukrayna aprel ayında Danimarka ilə yenidənqurma və enerji infrastrukturuna dəstək üçün 400 milyon avrodan çox dəyərində memorandum imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram