Müəllif:Mehin Qasımova,Banco.az
Maliyyə restrukturizasiyası siyasətinin həyata keçirilməsi fonunda Çində bankların sayı son bir il ərzində 670 ədəd və ya 18,6% azalıb.
Banco.az xəbər verir ki, “Sinxua” xəbər agentliyi Dövlət Maliyyə Tənzimləmə Administrasiyasının məlumatlarına istinadən xəbər verir ki, bankların sayının azalması maliyyə risklərinin azaldılması və bank sektorunun təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlərlə bağlıdır.
Məlumata görə, Çin maliyyə tənzimləyiciləri kiçik və orta ölçülü kənd banklarının birləşdirilməsi, yenidən təşkili və daha iri banklar tərəfindən mənimsənilməsi proqramını həyata keçirirlər.
Nəticədə ölkədə kənd banklarının sayı təxminən 1700-dən 1000-dən aşağı düşüb.
Qeyd olunur ki, maliyyə tənzimləyiciləri kənd banklarının sayının azaldılması tendensiyasını davam etdirməyi planlaşdırırlar. Bununla belə, qarşıdakı dövrdə bu prosesin daha yavaş templə həyata keçiriləcəyi bildirilir.
