“Gazprom” rəhbəri Miller: Avropada təbii qaz ehtiyatları tarixi minimum səviyyədədir | Banco.az

“Gazprom” rəhbəri Miller: Avropada təbii qaz ehtiyatları tarixi minimum səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Gazprom” rəhbəri Miller: Avropada təbii qaz ehtiyatları tarixi minimum səviyyədədir.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti “Gazprom”un rəhbəri Aleksey Miller Avropa İttifaqı ölkələrinin payız-qış mövsümü ərəfəsində təbii qaz ehtiyatlarının tarixi minimum səviyyəyə endiyini bildirib.

“Gazprom”un açıqlamasında Avropadakı yeraltı təbii qaz anbarlarının doluluq səviyyəsinin oktyabrın 1-nə 72 faiz təşkil etdiyi bildirilib.

Açıqlamada Avropadakı anbarlarda qazın həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 milyard kubmetr az olduğu qeyd edilib. Həmçinin Baltikyanı ölkələrin yeganə yeraltı təbii qaz anbarı olan İnçukalnsdakı doluluq səviyyəsinin 49 faizə düşərək oktyabrın 1-i üçün rekord aşağı göstəriciyə çatdığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram