Qlobal ərzaq qiymətləri dörd ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Qlobal ərzaq qiymətləri dörd ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) logistika sahəsində yaranan problemlər və əlverişsiz hava şəraitinin tədarüklə bağlı narahatlıqları artırması nəticəsində qlobal ərzaq qiymətlərinin sentyabr ayında təxminən son dörd ilin ən yüksək səviyyəsinə çatdığını bildirib.

FAO-nun açıqlamasına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi sentyabr ayında əvvəlki ayla müqayisədə 1,5 faiz artaraq 136 bəndə yüksəlib. Bununla da indeks 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

İndeks Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin martında qeydə alınan tarixi rekorddan təxminən 14,3 faiz aşağı səviyyədə qalmaqda davam edib. İndeks ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram