Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bank of America”: Dollar zirvəyə çatana qədər riskdən yayınma davam edəcək.
Banco.az xəbər verir ki, “Bank of America”nın baş strateqi Maykl Hartnett riskdən yayınma meylinin dollar zirvəyə çatana qədər davam edəcəyini gözləyir.
Hartnett hazırladığı qeyddə bildirib ki, istiqraz gəlirləri 20 ildən artıq müddətin ən yüksək səviyyələrindən geri çəkilənə qədər bazarlarda narahatlığın davam etməsi ehtimalı yüksəkdir.
İnvestorların daha riskli aktivlər üzrə mövqelərini bağlayaraq nağd vəsaitlərini yenidən artırmağa başlaması fonunda “Bloomberg” Dollar İndeksi sentyabr ayında qeydə alınan minimum səviyyədən etibarən 3 faiz yüksəlib. Bu artımı İranla bağlı gərginliyin yaratdığı inflyasiya təzyiqləri, bazarların gələcəkdə daha sərt pul siyasəti gözləntiləri və şirkət mənfəətlərində güclü artımın birgə təsiri ilə istiqraz gəlirlərinin yüksəlməsi müşayiət edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
