Almaniya dövlət büdcəsində kəsir faiz xərclərinin təsiri ilə kəskin artıb | Banco.az

Almaniya dövlət büdcəsində kəsir faiz xərclərinin təsiri ilə kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya dövlət büdcəsində kəsir faiz xərclərinin təsiri ilə kəskin artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara görə dövlət büdcəsində maliyyələşdirmə kəsiri ötən ilin eyni dövründəki 58,5 milyard avro ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Bu ilin yanvar-iyun aylarında ölkənin dövlət büdcəsində kəsir əvvəlki illə müqayisədə 40,3 milyard avro artıb.

Ölkənin dövlət gəlirləri ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 1 trilyon 11,8 milyard avroya, xərcləri isə 6 faiz yüksələrək 1 trilyon 110,6 milyard avroya çatıb. Beləliklə, dövlət büdcəsində kəsir təxminən 98,8 milyard avro təşkil edib.

Ən böyük kəsir 72,3 milyard avro ilə federal hökumətdə qeydə alınıb. Federal hökumətin xərcləri 9,8 faiz artaraq 325,5 milyard avroya yüksəlib, gəlirləri isə 5 faiz azalaraq 253,1 milyard avroya düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram