Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”nın tədarük həcmi üçüncü rübdə gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, “Tesla” 2026-cı ilin iyul-sentyabr dövrü üzrə avtomobil istehsalı və tədarük göstəricilərini açıqlayıb.
Məlumata görə, şirkət ilin üçüncü rübündə 464 min 391 avtomobil istehsal edib.
“Tesla”nın avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb. Şirkət ötən ilin üçüncü rübündə 447 min 450 avtomobil istehsal etmişdi.
Şirkətin avtomobil istehsalı bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə də 2,8 faiz artıb. “Tesla” 2026-cı ilin ikinci rübündə 451 min 758 avtomobil istehsal etmişdi.
“Tesla”nın üçüncü rübdə tədarük etdiyi avtomobillərin sayı isə illik əsasda 2,1 faiz azalaraq 486 min 532 olub.
Şirkət ötən ilin eyni dövründə 497 min 99 avtomobil tədarük etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
