Azərbaycanın meyvə-tərəvəz ixracı 14% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın meyvə-tərəvəz ixracı 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan 350 milyon 428 min dollar dəyərində 348 min 747 ton meyvə-tərəvəz ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.8%, həcmi isə 13.8% artıb.

Qeyd edək ki, cari ilin birinci yarısında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.95%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.76%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram