Azərbaycanda sığorta ödənişlərinin həcmi 500 mln. manata çatıb | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin həcmi 500 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-avqust aylarında 927 milyon 732 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 80 milyon 878 min manat və ya 9,6% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499 milyon 954 min manata bərabər olub. Bu da illik müqayisədə 154 milyon 158 min manat və ya 44,6% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et