Azərbaycanda ən az maaş hansı sahədə verilir? | Banco.az

Azərbaycanda ən az maaş hansı sahədə verilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3782,9 manat, qeyri-neft-qaz sektorunda 950,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 958,7 manat, özəl müəssisələrdə isə 1048,5 manat olub. 

Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 632,2 manat), maliyyə-sığorta (2 826,9 manat), peşə, elmi və texniki fəaliyyət sahəsindədir (1 718,0 manat).

Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (565 manat) sahəsindədir. 

Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 328,3 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 353,8 manat. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram