Yerli biznesi dəstəkləmək məqsədi ilə iki qurum arasında Risk Bölgüsü Sazişi
• AYİB Azərbaycanda yerli bank tərəfdaşı ilə Risk Bölgüsü Mexanizmini bərpa edir
• Yerli bizneslər Sazişdən 15 milyon avro vəsait dəyərində faydalanacaqlar
• Saziş AccessBank-ın kredit imkanlarının artırılmasını nəzərdə tutur
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin bölüşdürülməsi məqsədilə AccessBank ilə əməkdaşlıq edərək Azərbaycanda Risk Bölgüsü Mexanizmini (RSF) yenidən bərpa edir.
RSF sazişinə əsasən, AYİB AccessBank-a yerli şirkətlərə təqdim edilən kreditlərə dair riskləri bölüşmək üçün 15 milyon avroya qədər vəsait ayıracaq. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.
Bundan əlavə, mexanizm AccessBank-a maliyyələşdirmə mənbələrini şaxələndirmək, balans strukturunu yaxşılaşdırmaq və bank sektorunun daha böyük iştirakçıları ilə rəqabət aparmaq imkan verəcək.
AccessBank-ın Baş Ofisində keçirilən imzalanma mərasimində AYİB-ın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti bildirdi ki: “Məmnuniyyətlə Bakıda, layihə qrupları ilə birlikdə RSF proqramının bərpasını qeyd edirik. Biz şadıq ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş AccessBank-a ölkə daxilində KOB-ın səmərəli kreditləşməsi üçün yeni metodllar və nou-hau üsullar əldə etməyə imkan yaradacaq”.
AccessBank-ın İdarə Heyətinin Sədri David Tsiklauri deyib: “Biz fəxrlə qeyd edirik ki, AYİB Azərbaycanda RSF proqramını AccessBank ilə tərəfdaş olaraq yenidən bərpa edib. Biz, AYİB ilə bu əməkdaşlıqdan məmnunuq və inanırıq ki, bu Saziş AccessBank-a KOB-ların maliyyələşdirilməsinin genişləndirilməsi ilə yanaşı sahibkarlığın artımına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq”.
RSF – AYİB-ın kiçik biznesə dəstək proqramı çərçivəsində özəl sektorun inkişafına hədəflənən strateji təşəbbüsüdür. RSF tərəfdaş banklara dövriyyə kapitalına ehtiyacı olan müəssisələrə ayrılan kreditlər üzrə riski bölüşdürmək imkanı verir ki, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir.
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini təmin edib.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!