Apteklər 2 ayda dərman satışından 290 mln. manata yaxın gəlir əldə ediblər | Banco.az

Apteklər 2 ayda dərman satışından 290 mln. manata yaxın gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 289,7 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 25,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,9 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram