AMB İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası ilə əməkdaşlığa başlayır | Banco.az

AMB İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası ilə əməkdaşlığa başlayır

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi ölkədə islami sığorta xidmətlərindən istifadəni genişləndirmək üçün qurumlar arasında əməkdaşlığın hüquqi çərçivəsinin təmin edilməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında islami sığorta sahəsində təcrübə mübadiləsinin, müxtəlif təlim və seminarların təşkili, eləcə də qarşılıqlı səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq ölkədə yeni maliyyə alətlərinin tətbiqinin genişlənməsinə, bununla da ölkəyə investisiya axınının sürətlənməsinə töhfə verəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et