ABŞ Ali Məhkəməsi Ağ Evdə zal tikintisinə müvəqqəti icazə verdi | Banco.az

ABŞ Ali Məhkəməsi Ağ Evdə zal tikintisinə müvəqqəti icazə verdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın Ağ Evdə inşa etdirdiyi 400 milyon dollarlıq bal zalının tikintisinin müvəqqəti davam etdirilməsinə icazə verib.

Banco.az xəbər verir ki, qərarla aşağı instansiya məhkəməsinin tikintinin dayandırılması barədə qərarı qüvvədən müvəqqəti salınıb.

Ali Məhkəmənin Baş hakimi Con Roberts bildirib ki, iş üzrə yekun qərar daha sonra veriləcək.

Bal zalının tikintisinin dayandırılması barədə qərar aprelin 16-da qəbul edilmişdi. Avqustun 7-də federal apellyasiya məhkəməsi də Tramp administrasiyasının Konqresin təsdiqi olmadan layihəni həyata keçirə bilməyəcəyinə qərar vermişdi.

Ali Məhkəmənin son qərarı Tramp administrasiyası üçün müvəqqəti hüquqi qələbə kimi qiymətləndirilir.