Amerikalı yazıçı, biznesmen Julyen Smit gənclərə qarşılarındakı 5 ildə uğur qazanmaları üçün praktik məsləhətlər verib. Bunlar aşağıdakılardır:
1. Dünyaya axmaqlar lazımdır. Axmaq adamlardan pul qopartmaq və onları idarə etmək daha asandır. Təhsilinizə mümkün olduğundan daha çox diqqət yetirin. Zəngin, azad və xoşbəxt olmaq üçün gözü açıq olun.
2. Təhsil ocaqlarına kor-koranə inanmayın. Onlar dərs planlarını hazırlayana kimi sistem köhnəlir, hətta “əldən düşür”. Ona görə də oxuya-oxuya çalışmaq yaxşıdır, Çünki iş liderlik qabiliyyətini inkişaf etdirir, üstəlik, hörmət qazanırsan.
3. Bacardığınız qədər çox oxuyun. Tez oxuma texnikasını mənimsəyin. Heç olmasa bir həftəyə bir kitab oxuyun.
4. Hamı ilə əlaqə saxlamağa vaxt tapın. Ünsiyyət mütəxəssisi olun. İnsanlarda yaxşı və sizə xoş gələn bir cəhət tapmağa çalışın.
5. Təvazökarlığa vaxt itirməyin. Təvazökarlıq qərar qəbul etmə prosesində hisləriniz üzərində hakim rolu oynayır. Bu da sizə sərf etmir.
6. Əgər kiminləsə münasibətdə nəsə sizi qane etmirsə, sözləşmək yerinə münasibətinizə fasilə verin.
7. Özünüzdən böyüklərlə daha çox ünsiyyətdə olmağa çalışın. Onların biliklərini, təcrübəsini qiymətləndirin. Çünki yaşıdlarınızı təcrübəsi kifayət qədər deyil.
8. Daha “cool” adamlarla vaxtınızı keçirin. “Cool” – yəni daha maraqlı, fərqli, istedadlı insanlar nəzərdə tutulur. Onların arasında daha yaxşı olmağa cəhd edin, yeniliklərə can atın.
9. Vaxt ötdükcə daha mühafizəkar olacaqsınız. Bu faktdır. Ətrafınızdakı hər kəs bir müddətdən sonra sizi istər-istəməz mühafizəkarlıq “şarına” salacaq. Ona görə də ən “çılğın” arzularınızı elə İNDİ gerçəkləşdirin. Sonra onları həyata keçirməyə utanacaqsınız.
10. Xərclənizi maksimum azaldın. Yuxarıda dediyim o “çılğın” arzularınız üçün pul yığın.
11. Bacardıqca səyahət edin. Təzə şkaf əvəzinə Parisə bilet alın. Həyatdan şkafla deyil, səyahətlə zövq ala bilərsiniz.
12. Pul problemini həll edin. Nəsə almaq istəyirsinizsə, internet mağazalara baxın, yeni əvəzinə bir qədər işlənmişin və ucuzunu tapın.
13. Dizayn verməyi öyrənin. Bu, həm məntiqinizi, həm yaddaşınızı, həm də təsəvvürünüzü inkişaf etdirəcək.
14. Gənc yaşlarınızdan kökəlməyin. Sizin hormonlarınız əvvəllərdə köməyinizə çatacaq, bu imkanı əldə verməyin. Sonra arıqlamaq üçün idman salonlarına pul tökəcəksiniz.
15. Yemək bişirməyi öyrənin. Əgər xərclərinizə diqqət yetirsəniz, daha çox yeməyə pul xərclədiyinizin fərqinə vararsınız. Ondansa evdə yemək bişirməyi öyrənin, bir dəfə pis alınsa, ikinci dəfə mütləq yaxşı alınacaq.
16. Yuxuya qarşı diqqətli olun. Yaxşı yuxu və yaxşı yemək sizi artıq çəkidən xilas edəcək. “Onsuz da öləndə çox yatacağıq”, yaxud “Yatmaqdansa, iş görüm” deyirsinizsə, yanılırsınız. Yuxusuz işin effekti olmaz.
17. Qeyd dəftəri tutun. Yaddaşınıza çox da güvənməyin. İşi “deyəsən eləməli idim” həddinə çatdırmayın. Görəcəyiniz işləri dəftərə qeyd edin.
18. Qarşınıza məqsəd qoyun və sizə ediləcək köməkdən imtina etməyin. Əgər məqsədinizi müəyyən etməməsinizsə, həmin anı tezləşdirin.
19. Bir sahə üzrə mütəxəssis olun. 5 ili bir sahənin ətrafında fırlanaraq keçirməkdənsə, elə birbaşa həmin işlə məşğul olun.
20. İnsanları düzəltməyə çalışmayın. Ondansa hələ “pozulmamış” insanlar tapın.
Mənbə: kayzen.az