Bakıda uşaqların virtual asılılıqdan qorunması mövzusunda seminar keçirilib
Seminar AccessBank-ın dəstəyi ilə baş tutub
Oktyabrın 3-də AccessBank-ın dəstəyi ilə açıq media məkanında XXI əsrin uşaqlarının və yeniyetmələrinin təlim-tərbiyəsinə həsr olunmuş seminar keçirilib. Öncədən xəbər verildiyi kimi, seminar Almaniyadan dəvət olunmuş mütəxəssis Qalina Hayzelman tərəfindən keçirilib. Seminar məktəbli uşaqların təlib-tərbiyəsi haqqında ən kəskin problemləri peşəkarlarla və digər valideynlərlə müzakirə etmək imkanı yaradıb. İştirakçıların sözlərinə görə, onlar öz övladlarını daha yaxşı anlamaq və onlarla effektiv qarşılıqlı əlaqələr yaratmaq üçün yeni yanaşmalar öyrəniblər.
Qeyd edək ki, seminar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az «Məktəb icmaları» layihəsi çərçivəsində keçirilib.