Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 42 ölkəyə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18.3% daha çox (22 268) aviareys təşkil olunub.
Banco.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, cari ilin 10 ayında ölkədən ən çox reys Rusiya (6 520) istiqamətində olub. Bu, illik müqayisədə 12% çoxdur.
İkinci yerdə Türkiyə (4 952), üçüncü yerdə isə 2 567 reyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya təşkil edilmiş reyslərin sayı 5 819, Türkiyəyə 4 776, Birləşmiş Ərəb Əmirliklərinə isə 1 939 olub.
Bizi sosial şəbəkələrdən izləyin!!