Müəllif:Ayşən İmanova/Banco.az
Argentinada oktyabr ayında qiymətlərin artımı 2,7% təşkil edib, ilin əvvəlindən isə inflyasiya 107 %-ə yüksəlib.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin oktyabr ayında 2,7 %, ilin əvvəlindən isə ötən ilin müvafiq ayı ilə müqayisədə 107 % artıb”, - məlumatda bildirilir.
Oktyabr ayının göstəricisi, 2021-ci il noyabrdan ən aşağı səviyyə olub və inflyasiyanın artım sürətinin yavaşlamağa başladığını təsdiqləyib. Oktyabr ayında qiymətlərin artımına ən çox təsir edən amillər arasında kommunal xidmətlər (+5,4 %), geyim (+4,4 %) həmçinin mehmanxana və restoran xidmətləri (+4,3 %) olub.
Qeyd edək ki, Argentina artıq bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ildə qiymət artımı 211,4 %, 2022-ci ildə 94,8 %, 2021-ci ildə isə 50,9 % olub.