Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-sentyabr aylarında 44 milyon 636 min manat sığorta haqqı yığıblar.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 milyon 818 min manat və ya 18% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1 milyon 609 min manat və ya 11,5% artaraq 15 milyon 615 min manata çatıb. Ötən ilin yanvar-sentyabr aylarında bu növ üzrə yığımların məbləği 37 milyon 818 min manat, ödənişlərin məbləği isə 14 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!