“AtaBank” onlayn məsləhətçisini təqdim etdi | Banco.az

“AtaBank” onlayn məsləhətçisini təqdim etdi

“AtaBank”ASC-dən yeni xidmət kanalı aktiv olundu.

Artıq Siz “AtaBank”-dan təqdim olunan onlayn məsləhətçi vasitəsi ilə istənilən  sual, məsələ, təklif və rəylərinizlə bağlı fikirlərinizi yönəldə bilərsiniz. Bu, bankın məhsul və xidmətləri haqqında ümumi məlumat ala biləcəyiniz bir xidmət kanalıdır. Xidmətdən yararlanmaq üçün hər hansı bir proqramdan istifadəyə də ehtiyac yoxdur. Bankın iş rejiminə uyğun olaraq bu xidmət hər kəsə açıqdır.

Siz bunun üçün hər hansı bir məbləğ ödəmirsiniz, yerinizi dəyişmirsiniz və növbə üçün gözləməli olmursunuz. 

“AtaBank”-ın onlayn məsləhətdən yararlanmaq üçün Siz sadəcə bankın www.atabank.comsaytında müvafiq pəncərədə adınızı qeyd edirsiniz.

Ən sərfəli kredit üçün müraciət et

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 136 Məlumat Mərkəzinə zəng edə, www.atabank.com saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/atabank daxil ola bilərsiniz.