Atabank
1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. AtaBank-ın fəaliyyət tarixinin ən önəmli hadisələri aşağıdakılardır:
- 1997 - Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü oldu.
- 2001 - SWIFT sisteminə qoşuldu.
- 2001 - Milli ödəniş sistemi olan AZİPS-in üzvü oldu.
- 2001 - Azərbaycan Banklar Assosiyasınin üzvü oldu.
- 2002 - Bakı Fond Birjası AtaBank-ı öz üzvləri sırasına daxil etdi.
- 2003 - Sahibkarlığa Kömək Milli Fondunun üzvü oldu.
- 2003 - Bankın ilk region filialı Xaçmaz şəhərində açıldı. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında AtaBankın 25 filialı və 6 şöbəsi fəaliyyət göstərməkdədir. Bu filial və şöbələrin 15-i respublikanın müxtəlif regionlarında yerləşir.
- 2003 - AtaBank dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"-un üzvü statusunu əldə etdi. Bu sistem pul vəsaitlərinin cəmi bir neçə dəqiqə ərzində istənilən yerə köçürülməsinə imkan verir.
- 2004 - AtaBank ATİB-nin (Azərbaycan Türkiyə İş Adamları Birliyi) üzvü oldu.
- 2004 - VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olan AtaBank bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başladı. 2006-cı ilin may ayından etibarən Bank Visa İnternational sisteminə tam hüquqlu üzv seçildi. 2007-ci ilin may ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Hər zaman yeni məhsullarla bazarı canlandıran AtaBank 2007-ci ildə də bu xəttə sadiq qaldı və fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarını hazırlayıb müştərilərə təqdim etdi. Əlavə olaraq plastik kart bazarının artan tələblərini ödəmək məqsədilə 2007-ci ildə plastik kartlar və elektron ödənişlərə həsr olunmuş xüsusi www.atacard.az saytı hazırlanıb istifadəyə verildi.
- 2004 - Bank "Etimad Bankı" nominasiyası üzrə UĞUR mükafatına layiq görüldü. Eyni müvəffəqiyyəti 2010-cu ildə də təkrarlayan bank "İnnovasyon texnologiyaların tətbiqi" sahəsində UĞUR mükafatını əldə etdi.
- 2006 - AtaBank Azərbaycan İpoteka Fondunun üzvü oldu.
- 2007 - AtaBank Əmanətlərin Sığortalanması Fondunun üzvü oldu.
- 2007 - AtaBank keyfiyyətin idarəetmə sisteminin müasir standartlara uyğunluğunu təmin edən sertifikatlaşdırma işlərini uğurla başa çatdırdı və "Bureau Veritas" şirkəti tərəfindən 03 aprel 2007-ci il tarixli, 210667 nömrəli İSO 9001:2000 sertifikatı (bütün növ bank xidmətlərini əhatə edən ) ilə təltif edildi.
- 2009 - Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvü oldu.
- 2009 - AtaBank KÖMİS (APUS) sisteminə qoşuldu.
- 2010 - AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi.
- 2011 - AtaBank Cənubi Qafqazda ilk dəfə olaraq ətirli kartlar emissiyasına başladı. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular.
- 2011 - AtaBank "Golden Pay" şirkəti ilə birlikdə bazara yeni "Bill Pay" adlı elektron ödəniş sistemini təqdim etdi.
- 2012-ci ildə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi “AtaBank” ASC-nin uzunmüddətli reytinqini "B-", “Sabit”, qısamüddətli reytinqini isə “B” səviyyəsində qiymətləndirilmişdi.
- 2013-cü il tarixdən - MasterCard Beynəlxalq ödəniş sisteminin tam hüquqlu üzvü olan AtaBank bu sistemin 4 məhsulunun ( Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum ) emissiyasına başladı.
- 2013-cü ilin nəticələrinə görə Londonda yerləşən “Global Banking and Finance Review” analitik jurnalı tərəfindən “AtaBank” “2013-cü ildə Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatına layiq görülüb.
- 2014-cü il tarixdən “AtaBank” ASC fiziki şəxslərin, 01.01.2015-ci il tarixdən isə hüquqi şəxslərin hesablarının açılması və identifikasiyasını həm də FATCA tələb və prosedurlarına uyğun həyata keçirir.
- 2014-cü ildə “AtaNet” internet bankçılıq xidməti istifadəyə verilmişdir.
- 2015-ci il tarixdən “AtaBank” ASC Təmassız MasterCard Contactless və Visa PayWave kartları emissiya edilmişdir.
- 2016-cı il tarixdən “AtaBank” ASC «Xəzri» təcili pul köçürmə sisteminə qoşulub. Hazırda bank "Western Union", "Xəzri", "Zolotaya Korona", "Contact", "Lider","Blizko" kimi sürətli pulköçürmə sistemlərinə qoşulub
- 2017-ci ildə “AtaBank” “Synergy Group”un tərkibinə keçib.
- 2017-ci il tarixdən Səhmdarların ortaq qərarı ilə "Caspian Development Bank” “AtaBank” ASC -yə birləşdirilərək Azərbaycan maliyyə bazarında bir çox göstəricilərə görə lider bank yaradılmışdır.
- 2017-ci ildə “AtaBank” ASC dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsini imzalayıb.
- 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC “Təmassız POS-terminal sayı ən yüksək olan bank” nominasiyasında qalib gələrək xüsusi Diplomla təltif edilmişdir.
- 2017-ci ilin yekunlarına görə "AtaBank" ASC Azərbaycanda ilk dəfə konsolidasiya prossesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində "İlin bankı" nominasiyasına layiq görülüb.
- 2018-ci ilin iyul ayında "AtaBank" ASC, öz AtaNet internet və mobil bankçılıq tətbiqi ilə Sinqapurda keçirilən və dünyanın aparıcı banklarının iştirak etdiyi “Asian Banking & Finance Wholesale Banking Awards 2018” tədbirində “Daxili texnologiyalar və əməliyyatlar üzrə” İlin bankı nominasiyasının qalibi olub.
- 2019 - AtaBank Zaqafqaziya və Cənub-Şərqi Avropa regionunda ilkə imza ataraq Visa Signature kartının emissiyasına başladı.
- 2019 - AtaBank-ın yenilənmiş saytı Azərbaycanın Milli İnternet Mükafatı olan NETTY 2019-u qazandı.
Bankın maliyyə hesabatları artıq 15 ildir ki , beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilir. Hazırda bankın beynəlxalq audit şirkəti "PwC Azərbaycan" şirkətidir.
Ünvan | AZ1010, Bakı şəhəri, Ş. Bədəlbəyli küç., 102 |
Telefon | (+994 12) 497 87 00, (+994 12) 598 08 41 |
Filialı | 26 |
Bankomatlar | 28 |
Sayt | www.atabank.com |
E-poçt | atabank@atabank.com |
CEO | Quliyev Dəyanət Namiq oğlu |
Tam adı: |
“AtaBank” Açıq Səhmdar Cəmiyyəti |
Qısa Adı: |
“AtaBank” ASC |
Qeydiyyat tarixi: |
13 yanvar 1994 cü il |
Bank lisenziyası: |
13 yanvar 1994 cü il №176-li Lisenziya |
Rəsmi auditor: |
“PwC” Azərbaycan |
Səhmdarlar: |
Bankın Nizamnamə kapitalında səhmdarın payı: “SYNERGY GROUP”-86%, Fiziki şəxslər-14% |
Hüquqi ünvan: |
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1010, Ş. Bədəlbəyli küçəsi 102 |
Müxbir hesab: |
AZ50NABZ01350100000000032944 AZN |
SWİFT: |
ATAZAZ22 |
KOD: |
507581 |
VÖEN: |
9900006651 |
Teleks: |
142310 İSA |
Telefon: |
(+994 12) 497 87 00 |
Veb sayt: |