Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb | Banco.az

Azərbaycanda verilən kreditlərin 76%-i Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 28 mlrd. 705 mln. manat təşkil edib. Bunun da 76%-i və ya 21 mlrd. 813 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 1 mlrd. 785 mln. manat artıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 20 mlrd. 28 mln. manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram