Banco.az | Tezliklə

Azərbaycanda kredit zəmanət fondunun yaradılacağı vaxt bilindi

2017-ci ildə Azərbaycanda kredit zəmanət fondu yaradılacaq.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Azərbaycanca

Analitiklər 2017-ci ildə neftin qiymətini bu səviyyədə gözləyir

2017-ci ildə "Brent" markalı neftin qiyməti orta hesabla bir barel üçün 58 dollar təşkil edəcək ki, bu da onun cari ildəki qiymətindən 29% çoxdur.

Bu barədə "Bloomberg" agentliyinin 24 analitik arasında apardığı sorğunun nəticələri deməyə əsas verir.

Azərbaycanca

Dekabrın 28-nə dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 28.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7662 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dekabrın 27-də USD/AZN rəsmi məzənnəsi 1,7622 səviyyəsində olub.


Azərbaycanca

Xarici onlayn mağazalardan alınan mallara görə vergi ödəniləcəkmi?

Vergilər naziri Fazil Məmmədov rəqəmsal əməliyyatların vergiyə cəlb edilməsinə aydınlıq gətirib.

Azərbaycanca

“Qara bazar”da dolların – QİYMƏTİ

Əksər bankların valyuta satışından imtina etməsi, bütün qoyulan qadağalara baxmayaraq, “qara bazar”ın vüsət almasına səbəb olub.

Bu gün Bakıda “qara bazar”da 1 dollar 1,92 manata satılır.

Azərbaycanca

Avtobus dayanacağından istifadə edən avtomobillər cərimələnəcək

Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.

Azərbaycanca

Kapital Bank-dan əyləncəli Yeni il layihəsi

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank yeni və əyləncəli layihəyə imza atıb. #yeni2017 adlı layihə bankın rəsmi facebook səhifəsində işıqlandırılıb. "2017-ci ilə möhtəşəm başlanğıc üçün arzunu seç və yeni ilin sənə nə vəd etdiyini öyrən" sözləri ilə iştirakçıları səsləyən Kapital Bank, layihə üçün yeni2017.az saytını istifadəyə verib.

Azərbaycanca

Bank of Baku-nun rəhbərliyi dəyişə bilər

“Bank of Baku” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin oluna bilər.

Məlumata görə, hazırkı sədr Abbas İbrahimovun işdən çıxacağı, onun yerinə sədr müavini Eldar Həmidovun təyin ediləcəyi gözlənilir.

A.İbrahimovun isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) rəhbər vəzifəyə gətiriləcəyi deyilir. Onunla birlikdə “Bank of Baku”nun İH sədrinin I müavini Nahid Zeynalovun və sədr müavini Zaur Qaraisayevin də ABB-yə transfer olunacağı, bu bankda rəhbər vəzifələr tutacağı bildirilir.

Azərbaycanca

Hüquq təhsili olanlar üçün - Vakansiyalar

Banco.az saytı davamlı olaraq, bank və  maliyyə təşkilatlarının aktiv vakansiyalarını sizlərə təqdim edir. 

Əgər siz, hüquq üzrə ali təhsilə sahibsinizsə və iş axtarışındasınızsa, sizə uyğun olan bu vakansiyalara nəzər sala bilərsiniz. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »