Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 (yüz) AZN məbləğində faizsiz kredit limiti açılmışdır. Buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur. Pensiyaçı ona ayrılmış bu limiti ATM - də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermartketlər, apteklər)istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır.
Azərbaycan Beynəlxalq Bankı pensiya kartı sahibləri üçün yeni “ Pensiya+ ” proqramını təqdim edir