“Nscale” və “Microsoft” süni intellekt infrastrukturu üçün tərəfdaşlıq sazişi imzalayıb | Banco.az

“Nscale” və “Microsoft” süni intellekt infrastrukturu üçün tərəfdaşlıq sazişi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nscale” və “Microsoft” süni intellekt infrastrukturu üçün tərəfdaşlıq sazişi imzalayıb.

Banco.az xəbər verir ki, “Nscale” Avropa və ABŞ-da genişmiqyaslı süni intellekt infrastrukturu qurmaq məqsədilə “Microsoft” ilə müqavilə imzalayıb. Razılaşma təxminən 200 min ədəd Nvidia “GB300 GPU” çipini əhatə edir.

Bu əməkdaşlıq “Microsoft”un süni intellekt xidmətləri üçün texniki infrastrukturun yaradılmasını nəzərdə tutur və layihənin avadanlıq hissəsində “Dell Technologies” ilə birgə çalışılır.

Yeni infrastrukturun iki qitədə, dörd fərqli ölkədə yerləşdirilməsi planlaşdırılır ki, bu da qlobal miqyasda yayılmanı təmin etməyi hədəfləyir.

Şirkət 2026-cı ilin üçüncü rübündən etibarən Teksasda yerləşən təxminən 240 MVt gücündəki süni intellekt kampusunda 104 min Nvidia GB300 GPU çipi istifadəyə verəcək.

“Nscale” şirkətinin baş icraçı direktoru Coş Payne “Financial Times”a açıqlamasında 2026-cı ilin sonlarında şirkətin birjada listinqə çıxmağı (yəni, ictimai təklif – IPO) planlaşdırdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram