Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley”nin xalis mənfəti üçüncü rübdə 4,6 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, Amerikalı maliyyə nəhəngi “Morgan Stanley” üçüncü rüb üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın xalis gəliri 18,22 milyard dollar təşkil edib. Bu göstərici bazar proqnozlarını (16,64 milyard dollar) xeyli üstələyib.
Bankın aktivlərin idarə edilməsi gəliri 8,23 milyard dollar, səhm ticarətindən gəliri 4,12 milyard dollar, FICC (istiqraz, valyuta və əmtəə ticarəti) gəliri isə 2,17 milyard dollar olub. Hər üç göstərici gözləntiləri aşıb.
Bununla belə, konsaltinq gəlirləri 684 milyon dollar səviyyəsində qalaraq proqnozlardan aşağı olub. Səhm buraxılışı gəliri 652 milyon dollar, istiqraz buraxılışı gəliri isə 722 milyon dollar təşkil edib və hər ikisi gözləntiləri keçib.
Bankın xalis mənfəti ötən ilin eyni dövründəki 3,2 milyard dollardan 4,6 milyard dollara yüksəlib.
“Morgan Stanley”nin düzəliş edilmiş hər səhm üzrə gəliri (EPS) 2,80 dollar olub ki, bu da bazar gözləntiləri olan 2,11 dollardan və ötən ilin göstəricisi 1,88 dollardan yüksəkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!