Böyük Britaniyadan Rusiyaya yeni sanksiyalar | Banco.az

Böyük Britaniyadan Rusiyaya yeni sanksiyalar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya Rusiyaya qarşı “indiyədək ən sərt sanksiyalarını” tətbiq edib.

Banco.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, London hökuməti Rusiyaya qarşı indiyədək ən sərt sanksiyalar paketini həyata keçirib.

Yeni qərara əsasən, Rusiya enerji sektoruna qarşı — o cümlədən “Rosneft” və “Lukoil” kimi ölkənin ən böyük enerji şirkətlərini əhatə edən — 90 yeni sanksiya tətbiq olunacaq.

Bundan əlavə, Böyük Britaniya 44 neft tankerini, özəl sektora məxsus bəzi mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərini və Çində Rusiyadan neft və LNG idxal edən bəzi terminalları da sanksiya siyahısına daxil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram