"Unibank"ın kredit və depozit portfeli artıb | Banco.az

"Unibank"ın kredit və depozit portfeli artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Unibank"ın xalis mənfəəti cari ilin yanvar-sentyabr aylarında 15 milyon 421 min manat olub. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 30 sentyabr tarixinə Bankın aktivləri 148 milyon 544 min manat (8,4%) artaraq 1 milyard 908 milyon 269 min manata çatıb. 2024-cü ilin sonunda "Unibank"ın aktivləri 1 milyard 759 milyon 725 min manat olub. 

Bankın kredit portfeli bu dövr ərzində bir qədər də artaraq 1 milyard 254 milyon 835 min manata çatıb. Bu isə cari ilin əvvəli ilə  müqayisədə 100 milyon 312 min manat (8,7%) artım deməkdir.

Bankın depozit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 27 milyon 443 min manat və ya 2,3% artaraq 1 milyard 232 milyon 103 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram