Yelo Bank-da qadınlar günü musiqili axşamla qeyd edildi | Banco.az

Yelo Bank-da qadınlar günü musiqili axşamla qeyd edildi

8 Mart - Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus tərzdə qeyd edilib. Bank, artıq ənənə halını almış musiqili tədbirlər sırasına daha bir möhtəşəm gecəni əlavə edərək, qonaqlarına unudulmaz bir axşam yaşadıb.

Bankın Baş ofisində keçirilən “Baharmoniya” adlı konsertin ifaçıları tanınmış pianoçu Vurğun Vəkilov və ölkəmizi Avroviziya-2019 müsabiqəsində təmsil etmiş müğənni-gitaraçı Çingiz Mustafayev olub. Onların möhtəşəm performansı auditoriyanı valeh edərək, zalda unudulmaz bir atmosfer yaradıb. Vurğun Vəkilovun yerli və dünya klassiklərini özünəməxsus tərzdə ifa etməsi, Çingiz Mustafayevin isə enerjisi və səsi ilə gecəni zirvəyə daşıması tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsert Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Yelo Bank hər zaman korporativ mədəniyyətə innovativ yanaşaraq, sənət və incəsənətin dəstəklənməsinə xüsusi önəm verir. Bankın Baş ofisinin 400 nəfərlik tədbir zalı indiyədək bir çox mötəbər musiqi axşamlarına ev sahibliyi edib. Burada xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət ilk kamera orkestri "Mezzo", əməkdar artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera orkestri, tanınmış pianoçu İsfar Sarabski və vokal ifaçı Elnur Hüseynov səhnə alıb.

Yelo Bank gələcəkdə də yerli və beynəlxalq mədəni irsin təbliğinə dəstək olmağa və incəsənət tədbirlərini ənənə halına gətirməyə davam edəcək.


Yelo Bank-dan debet kart ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!