Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank of Baku-nun depozit portfeli 30 sentyabr 2026-cı il tarixinə 1 milyard 59 milyon 90 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 318 milyon 834 min manat və ya 43,1% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 913 milyon 942 min manat, hüquqi şəxslərin depozitləri isə 145 milyon 148 min manat təşkil edib.
2025-ci ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 244 milyon 582 min manat (36,5%), hüquqi şəxslərin depozitləri isə 74 milyon 252 min manat (2 dəfə) artıb.
2025-ci ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 669 milyon 360 min manat və 70 milyon 896 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
