Dünya bazarında neft kəskin bahalaşıb | Banco.az

Dünya bazarında neft kəskin bahalaşıb

Dünya bazarında neft qiymətləri 3%-dən çox artıb.

Banco.az  xəbər verir ki, oktyabrın 23-də “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 3,55 dollar və ya 3,14% artaraq bir barel üçün 116,72 dollara yüksəlib.

    ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 3,80 dollar və ya 3,82% bahalaşaraq 103,27 dollara çatıb.

    Neftin bahalaşması Yaxın Şərqdə geosiyasi gərginliyin artması və regiondan enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verib.