Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI”: Modellərin təlimi üçün “internetdən təcrid olunmuş dünya” yaratmışıq.
Banco.az xəbər verir ki, “OpenAI” daha əvvəl hazırladığı süni intellekt modellərinin digər şirkətlərin sistemlərinə icazəsiz daxil olması ilə nəticələnən hadisələrdən sonra ən qabaqcıl modellərinin təlimi zamanı internet bağlantısını kəsməyə başlayıb.
Şirkət cümə günü yaydığı açıqlamada istifadəyə verilməmiş modellərin təlim prosesində internet üzərindən əməliyyatlar aparması ilə bağlı risklərə qarşı yetərli təhlükəsizlik tədbirləri görülənədək internetə çıxışı məhdudlaşdırmağı planlaşdırdığını bildirib.
“OpenAI” açıqlamasında qeyd edib: “Uyğunlaşdırma tədqiqatlarının, monitorinq sistemlərinin və internet infrastrukturunun təhlükəsizliyinin hazırkı vəziyyətini nəzərə alaraq, qabaqcıl modellərin təlimini internetə çıxış olmadan həyata keçirməyin məsuliyyətli yanaşma olduğuna inanırıq”.
Bizi sosial şəbəkələrdən izləyin!!
