Müəllif: Tamara Mustafayeva, Banco.az
“Nissan” İngiltərəyə 3 milyard funt-sterlinq sərmayə qoymağa qərar verib.
Banco.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Nissan” İngiltərədəki fabriki üçün hərtərəfli investisiya planını açıqlayıb.
Şirkətdən edilən açıqlamaya görə, markanın Sanderland fabrikinə 3 milyard funt-sterlinq investisiya qoyulacaq.
Yapon brendinin gələcək istehsal planı Sanderlenddəki EV36Zero mərkəzində üç elektrik avtomobili (EV), üç gigafabrika və 3 milyard funt-sterlinqə qədər investisiyadan ibarət olacaq.
Bu transformasiya layihəsi nəinki “Qashqai” və “Juke” modellərinin gələcək tam elektrik versiyalarının istehsalını, həm də Böyük Britaniyada yeni nəsil “Leaf”ın istehsalını da əhatə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!