Müəllif: Tamara Mustafayeva, Banco.az
“Xiaomi” ilin birinci rübündə 1,5 milyard dollar mənfəət əldə edib.
Banco.az xəbər verir ki, şirkət 2025-ci ilin yanvar-mart dövrünə dair maliyyə hesabatını açıqlayıb.
Buna əsasən, şirkətin gəlirləri ilk rübdə illik müqayisədə 47,4% artaraq 111 milyard yuana (təxminən 16,6 milyard dollar) çatıb. Bu dövrdə şirkətin xalis mənfəəti illik 64,5% artaraq 10,7 milyard yuana (təxminən 1,5 milyard dollar) yüksəlib.
Şirkətin əsas fəaliyyət sahəsi olan ağıllı telefon və ağıllı cihaz satışlarından əldə etdiyi gəlir illik 22,8% artaraq 92,7 milyard yuana (təxminən 13,1 milyard dollar) çatıb. Elektrikli nəqliyyat vasitələri, süni intellekt və digər yeni təşəbbüslərdən əldə edilən gəlirlər isə 18,6 milyard yuana (təxminən 2,5 milyard dollar) yüksəlib.
Yeni təşəbbüslərdən əldə olunan gəlirin 97%-i elektrikli avtomobil satışlarından formalaşıb. Digər tərəfdən, elektrikli avtomobillər və digər yeni sahələrə edilən iri miqyaslı əməliyyat xərcləri nəticəsində şirkət bu sahədən təxminən 500 milyon yuan (təxminən 69,5 milyon dollar) zərər edib.
Bu rüb şirkətin indiyədək ən yüksək gəlir artımı qeydə aldığı dövr olub.
Bizi sosial şəbəkələrdən izləyin!!