XƏRCLİYİN VERİLMƏSİ İLƏ BAĞLI DÜZGÜN YANAŞMA NECƏ OLMALIDIR?
Uşaq, pulu evdə öyrənir
Sizin pula qarşı münasibətiniz və danışığınız uşaqda pul haqqında təsəvvür formalaşdırır. Uşağınıza xərclik verərkən pulun, sadəcə bizi bir nöqtədən digər nöqtəyə götürən bir vasitə olduğunu anladın. Pulu, həyatının mərkəzinə qoymasına maneə olun.
Uşağınızla söhbət edin
Pul mövzularını onunla danışın. Maddi vəziyyətin haqqında məlumat verin, lakin uşaqlarınızı pul mövzusunda narahat, nigaran qoymayın.
Sual verməyinə icazə verin
Uşaq pul ilə bağlı sual verərsə hirslənməyin. Bu onun maraqlarını göstərir, siz də ona cavab verərək düzgün istiqamətləndirmiş olarsınız.
Planlayın
Uşağınız bir şeyi almaq istəyəndə “Pulumuz yoxdur” deməyin. Bu, sonra alarıq mənasına gəlir. “Planımızda və ya hədəfimizdə yoxdur” deyərək onda plan anlayışı yaradın.
Əgər planda varsa və alınması mümkündürsə, bu barədə ona bildirin, nə zaman alacağınızı və bundan ötrü ona qarşı hansı gözləntilər olduğunu söyləyin.
Haşiyə: Uşaqlara verdiyiniz vədlər və ümidlərlə diqqətli olun, onların hissləri ilə oynamayın, çalışın vədlərinizi tutasınız.
Bəs uşaqlara nə zaman pul verilməlidir?
7 yaşından etibarən xərclik verə bilərsiniz. Bununla da uşaqların pul ilə bağlı əlaqələri başlayır.
Yaşa görə isə xərcliyin müddəti dəyişir
7-13 yaş arası uşaqlara həftəlik, 13 yaşdan sonra aylıq olaraq xərclik verilməlidir. Bu zaman onlarda məsuliyyət yaranacaq. Xərclik həftənin və ya ayın eyni günündə verilməlidir. Maaş kimi fikir formalaşdırılmalıdır.
Bəs xərcliyin miqdarı nə qədər olmalıdır?
Bu, sizin tamamilə maddi vəziyyətinizdən asılıdır. Dostların ilə müqayisə də az xərclik alması və ya kimdənsə borc almalı olması ona pis təsir edə bilər, bu baxımdan düzgün miqdarı özünüz dəyərləndirin. Bu miqdarı hesablayan zaman isə uşağınızla danışın və nələri istədiyini bilin.
Uşağınıza cəza verməyin
Pulunu doğru istifadə etmədiyi üçün ona cəza verməyin. Yaxşı bir iş tutan zaman da pul mükafatı verməyin, çünki onunla miqdarı əvvəlcədən dəqiqləşdirmisiniz. 10 yaşdan sonra isə ailə büdcənizi uşağınızla paylaşın. Ona oyuncaq almaq istədiyinizdə belə pul vermək əvəzinə ona pullarını toplamağı tövsiyə edin.
Pul qazansın
Uşaqlarınız, hədəfləri, həyatı üçün pulun necə qazanıldığını bilməlidir. Yaz-yay zamanında müəyyən ailə işində çalışa bilər. Bu onda məsuliyyət hissinin yaranmasına yol açacaq.
Aparılan araşdırmalara görə, tələbə zamanı çalışanlar gələcəkdə yaşıdlarına görə daha müvəffəqiyyətli olurlar.
Evinizdə 3 pul qabı saxlayın
Bu, uşaqlarda pul yığmaq həvəsi yaradacaq. Bunlardan biri pul toplamaq, digəri paylaşmaq və üçüncü isə xərcləmək üçündür.
Uşaqlarınızın hədəfi üçün ona pul toplamağı öyrədin
Topladığı hər 5 manat üçün siz də eyni miqdarda dəstək olun.
Ev bazarlığını uşağınızla edin. Bu ona evin ehtiyacları üçün nə qədər pul xərcləməyin lazım olduğunu öyrədəcək.
Maddi probleminizi düzgün şəkildə ona danışın
Maddi çətinliyiniz zaman bunu uşağınız da hiss edəcək. Bu səbəbdən ona ya hiss etdirməyin, ya da düzgün şəkildə qorxmadan izah edin.
1lady.az