Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada faiz dərəcələrinin düşməsinə baxmayaraq, kredit artımında heç bir sürətlənmə müşahidə olunmur.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) 2025-ci ilin oktyabr ayına dair şirkət və istehlakçı kreditlərinin aylıq dəyişikliklərini açıqlayıb.
Buna görə, illik əsasda sentyabr ayında 2,9 faiz artan şirkət kreditləri oktyabr ayında da 2,9 faiz artıb.
İstehlakçı kreditləri isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb. Sentyabr ayında isə bu kreditlər 2,6 faiz artmışdı.
Sentyabrda M3 pul kütləsi illik əsasda 2,8 faiz artaraq analitiklərin proqnozlarını qarşılayıb. M3 pul kütləsində sentyabr ayında 2,6 faiz artım müşahidə edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
