Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarına görə, xarici ticarət kəsiri oktyabr ayında sürətlə artıb.
Banco.az xəbər verir ki, oktyabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 27,6 faiz artaraq 7 milyard 683 milyon dollara yüksəlib.
Türkiyə Statistika Qurumunun və Ticarət Nazirliyinin əməkdaşlığı ilə ümumi ticarət sistemi çərçivəsində hazırlanmış müvəqqəti xarici ticarət məlumatlarına əsasən, 2025-ci ilin oktyabr ayında ixracat əvvəlki ilin eyni ayına görə 2 faiz artaraq 23 milyard 941 milyon dollar, idxalat isə 7,2 faiz artaraq 31 milyard 521 milyon dollar olub.
Ümumi ticarət sisteminə görə, 2025-ci ilin yanvar-oktyabr dövründə ixracat əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 224 milyard 469 milyon dollar, idxalat isə 6,1 faiz artaraq 299 milyard 152 milyon dollar təşkil edib.
Oktyabr ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 27,6 faiz artaraq 5 milyard 938 milyon dollardan 7 milyard 580 milyon dollara yüksəlib. İxracatın idxalatı ödəmə nisbəti 2024-cü ilin oktyabr ayında 79,8 faiz olduğu halda, 2025-ci ilin oktyabr ayında 76 faizə düşüb.
Yanvar-oktyabr dövründə xarici ticarət kəsiri 13,3 faiz artaraq 65 milyard 913 milyon dollardan 74 milyard 683 milyon dollara yüksəlib. İxracatın idxalatı qarşılama nisbəti 2024-cü ilin yanvar-oktyabr dövründə 76,6 faiz olduğu halda, 2025-ci ilin eyni dövründə 75 faizə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
