2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3 milyard 262.6 milyon təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.7% və ya 310 milyon ABŞ dolları azalıb.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26% artaraq 1 milyard 753.2 milyon, satışı isə 30.9% azalaraq 1 milyard 509.4 milyon təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-oktyabr ayı ilə müqayisədə 40.8% artaraq 159 milyon 295.4 min, satışı isə 11.1% azalaraq 139 milyon 476.9 min təşkil edib.
apa
