Müəllif: Tamara Mustafayeva, Banco.az
Milad bayramı ərəfəsində Almaniyada istehlakçı inamı bir qədər yüksəlib.
Banco.az xəbər verir ki, Mərkəzi Almaniyada yerləşən bazar araşdırma şirkəti GfK və Nürnberq Bazar Qərarları İnstitutu (NIM) tərəfindən hazırlanmış növbəti aya dair İstehlakçı İnam İndeksinin nəticələri açıqlanıb.
Buna görə, oktyabr ayında cari ay üçün mənfi 24,1 punkt olaraq ölçülən İstehlakçı İnam İndeksi dekabr ayı üçün 0,9 bənd artaraq mənfi 23,2 punkta yüksəlib. Bazar gözləntisi də indeksin mənfi 23,2 punkta yüksələcəyi istiqamətində idi.
İstehlakçı etimadında yüngül yaxşılaşma, əsasən ardıcıl iki ay davam edən alış meylinin artmasından qaynaqlanıb. İstehlakçıların alış meyli 3,3 bənd yüksələrək mənfi 6 punkta çatıb. Bu, cari ilin ən yüksək ikinci göstəricisidir.
Bundan əlavə, istehlakçıların qənaət meyli azalıb ki, bu da istehlakı dəstəkləyib. Almaniyada istehlakçıların gəlir gözləntiləri barometri isə 2,3 punktdan mənfi 0,1 punkta düşərək mart ayından bəri ən aşağı səviyyəyə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
