Türkiyədə inflyasiya sürətlənib | Banco.az

Türkiyədə inflyasiya sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.

Banco.az xəbər verir ki, fevral ayında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39,05% artıb.

Aylıq inflyasiya isə 2,27% olub.

Ekspertlərin proqnozu illik inflyasiyanın 39,97%, aylıq inflyasiyanın isə 3% olması istiqamətində idi.

Fevral ayında illik əsas inflyasiya 40,21% təşkil edib.

Aylıq baxımdan ən sürətli artım 9,92% ilə təhsil sektorunda qeydə alınıb. Təhsili 4,58% ilə mənzil, 3,17% ilə ərzaq və alkoqolsuz içkilər qrupları izləyib.

Aylıq əsasda geyim və ayaqqabı sektorunda 5,06%, səhiyyə sektorunda isə 4,38% səviyyəsində mənfi inflyasiya müşahidə olunub. Səhiyyə sektorundakı mənfi inflyasiyaya, səhiyyədə iştirak payı haqlarına əvvəllər edilən qiymət artımlarının geri alınması təsir edib.

İllik baxımdan da ən yüksək artım 94,90% ilə təhsil sektorunda olub. Təhsildən sonra 70,81% ilə mənzil, 45,90% ilə restoran və otellər sektoru gəlir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram